Azərbaycan Belçikadan avtobetonqarışdırıcı idxal etməyə başlayıb
- 03 noyabr, 2023
- 05:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 6,2 milyon ABŞ dolları dəyərində 113 ədəd avtobetonqarışdırıcı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 68 %, kəmiyyət olaraq – 2,4 dəfə çoxdur.
Azərbaycan Çindən 3,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3 dəfə çoxdur) 69 ədəd (+3,3 dəfə), Türkiyədən 2 milyon ABŞ dolları dəyərində (-23 %) 24 ədəd (-8 %), Belçikadan 354 min ABŞ dolları dəyərində 9 ədəd, İsveçdən 216 min ABŞ dolları dəyərində 6 ədəd (bir il əvvəl tədarük olmayıb), Serbiyadan 146,4 min ABŞ dolları dəyərində 2 ədəd (bir il əvvəl tədarük olmayıb) avtobetonqarışdırıcı alıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Belçikadan tədarük həyata keçirilib.