Azərbaycan BƏƏ və Polşadan avtomobil tədarükünü bərpa edib

Biznes
  • 24 fevral, 2025
  • 12:05
Azərbaycan BƏƏ və Polşadan avtomobil tədarükünü bərpa edib

Ötən il Azərbaycana 762 milyon ABŞ dolları dəyərində 52 min 826 ədəd minik avtomobili (benzin və dizel mühərrikli) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 25 % azdır.

Hesabat dövründə Azərbaycan Cənubi Koreyadan 217,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 % azdır) 20 min 534 ədəd (-29 %), Yaponiyadan 154,3 milyon ABŞ dolları dəyərində (-23 %) 5 min 648 ədəd (-24 %), Almaniyadan 84,5 milyon ABŞ dolları dəyərində (-30 %) 4 min 381 ədəd (-53 %), Amerika Birləşmiş Ştatlarından 70 milyon ABŞ dolları dəyərində (-14 %) 8 min 346 ədəd (+17 %), Böyük Britaniyadan 69,4 milyon ABŞ dolları dəyərində (-31 %) 1 min 702 ədəd (-41 %) avtomobil alıb.

Azərbaycan 2 il 9 aylıq fasilənin ardından Birləşmiş Ərəb Əmirliklərindən (471 min ABŞ dolları dəyərində 5 ədəd), 2 ilin tamamında isə Polşadan (107 min ABŞ dolları dəyərində 8 ədəd) avtomobil tədarükünü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti