Azərbaycan BƏƏ-dən ketçup idxalını 4 dəfə artırıb
- 22 iyul, 2024
- 13:41
Bu ilin yanvar-may aylarında Azərbaycan 2,1 milyon ABŞ dolları dəyərində 1 min 338 ton ketçup idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 28 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 976 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 24 % çoxdur) 662 ton (+38 %), Türkiyədən 475 min ABŞ dolları dəyərində (+29 %) 272 ton (+16 %), Almaniyadan 189 min ABŞ dolları dəyərində (-9 %) 77 ton (-13 %), Qazaxıstandan 153 min ABŞ dolları dəyərində (+22 %) 126 ton (+13 %), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 77 min ABŞ dolları dəyərində (+5 dəfə) 59 ton (+4 dəfə) məhsul alıb.
2023-cü ildə Azərbaycana 23 ölkədən idxal edilmiş 2 min 956 ton ketçupun 44,2 %-i Rusiyanın, 25,2 %-i Türkiyənin payına düşüb.