Azərbaycan balı Çin bazarına çıxarıla bilər

Azərbaycan balı Çin bazarına çıxarıla bilər Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycanda istehsal olunan balın xüsusiyyətlərini, yerli bazarda yuxarı qiymətini, dünya idxal qiymətlərini və Avropa ölkələrində pərakəndə satış qiymətlərinin 4-8 € arası olmasını nəzərə alaraq, yerli bal yalnız xarici “niş” və ya “premium” bazarlarda “Eko” (BİO) və ya “Orqanik” məhsul kimi yer ala bilər.
Biznes
9 Dekabr , 2017 15:01
Azərbaycan balı Çin bazarına çıxarıla bilər

Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycanda istehsal olunan balın xüsusiyyətlərini, yerli bazarda yuxarı qiymətini, dünya idxal qiymətlərini və Avropa ölkələrində pərakəndə satış qiymətlərinin 4-8 € arası olmasını nəzərə alaraq, yerli bal yalnız xarici “niş” və ya “premium” bazarlarda “Eko” (BİO) və ya “Orqanik” məhsul kimi yer ala bilər.

“Report” bu barədə Kənd Təsərrüfatı Nazirliyinin ixrac bazarları icmalına istinadən xəbər verir.

Məlumata əsasən, bu bazarlara Avropa ölkələri və Çin aiddir. Avropanın “niş” bazarlarında satılan balın payı ümumi Avropa bal bazarının 15- 20%-ni əhatə edir. Çində istehlakçıların premium bal məhsullarına verdiyi dəyəri nəzərə alaraq Çin bazarı da cəlbedici hesab edilə bilər. Azərbaycan balının həmin bazarlara daxil olması üçün məhsulun beynəlxalq standartlara (hər bir ölkə üçün bu standartlar fərqlənə bilər) uyğunlaşdırılması, sertifikatlaşdırılması, qablaşdırılması, etiketlənməsi mütləqdir.

Qeyd edək ki, son illər Azərbaycanda bal ixracı ənənəsi yaranıb və 2016-cı ildə 6,1 ton bal ixrac olunub. Eyni zamanda həmin ildə 87,7 ton bal idxalı həyata keçirilib. 2016-cı ildə Azərbaycandan ixrac olunan 1 ton balın orta qiyməti 8 min ABŞ dolları olub, bu isə dünya üzrə orta idxal qiymətindən 2,5 dəfə yüksəkdir. 

Son xəbərlər

Orphus sistemi