Bu ilin yanvar ayında Azərbaycan 113,4 milyon ABŞ dolları dəyərində 6 191 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,5 % çox və 10 % azdır.
İlk ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı dəyişməyərək 20 ədəd (0,808 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 12,6 % azalaraq 5 643 ədəd (100,3 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 1 235-i (40,2 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 239-u (9,663 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 32,4 %, ikincinin isə 2 dəfə artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 31,6 % artaraq 495 ədəd (8,908 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 22,2 % artaraq 33 ədəd (3,450 milyon ABŞ dolları dəyərində) olub.