Azərbaycan Avstriyadan duz tədarükünü bərpa edib

Biznes
  • 25 oktyabr, 2024
  • 14:00
Azərbaycan Avstriyadan duz tədarükünü bərpa edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 1,92 milyon ABŞ dolları dəyərində 18 min 91 ton duz (qida üçün yararlı, yodlaşdırılmış) ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin göstəricisindən dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 2,3 dəfə çoxdur.

Azərbaycan Rusiyaya 1,05 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,6 dəfə çoxdur) 12 min 525 ton (+2,8 dəfə), Gürcüstana 836 min ABŞ dolları dəyərində (+68 %) 5 min 217 ton (+65 %), Qazaxıstana 22 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 267 ton (+2,7 dəfə), Ukraynaya 7 min ABŞ dolları dəyərində (-50 %) 74 ton (-38 %), Almaniyaya 0,9 min ABŞ dolları dəyərində (+91 dəfə) 4,8 ton (+480 dəfə) məhsul satıb.

Hesabat dövründə Azərbaycana 1 milyon ABŞ dolları dəyərində (+21 %) 8 min 354 ton (+19 %) duz idxal edilib.

Azərbaycan İrandan 516 min ABŞ dolları dəyərində (+44 %) 6 min 447 ton (+44 %), Rusiyadan 146 min ABŞ dolları dəyərində (-55 %) 886 min ton (-61 %), Belarusdan 125 min ABŞ dolları dəyərində (+20 dəfə) 508 ton (+36 dəfə), Türkiyədən 75 min ABŞ dolları dəyərində (+32 %) 172 ton (+60 %), Pakistandan 63 min ABŞ dolları dəyərində (+66 %) 110 ton (+2,2 dəfə) məhsul alıb.

Azərbaycan 2 il 6 aylıq fasilənin ardından Avstriyadan (1,02 min ABŞ dolları dəyərində 0,15 ton) duz tədarükünü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti