“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitkiçilik mənşəli məhsulların
"Report" xəbər verir ki, bunu Agentliyin sədrinin müşaviri Elxan Mikayılov deyib.
“Qeyri-neft məhsullarının ixracında fındıq ön pillələrdə dayanır. Fındıq məhsullarının Aİ-na üzv ölkələrinə ixracına imtina hallarının aradan qaldırılması üçün tədbirlər planı hazırlamışıq. Növbəti illər ərzində sistemli şəkildə həyata keçiriləcək bu tədbirlər hesabına ölkədə istehsal olunan fındığın qablaşdırılması, emalı və daşınması Aİ-nın tələblərinə uyğun olacaq. İmtina hallarında əsas arqumentləri sənədləşmədə və nəqliyyat vasitələrində olan problemlər təşkil edir. Odur ki, Aİ-na üzv ölkələrə göndərilən fındıq və digər məhsulların tələblərə uyğun şəkildə aparılması üçün tədbirlər görürük. Bu isə imkan verəcək fındıqla yanaşı pomidor, xurma və digər məhsulların Avropaya ixracını asanlaşdıraq”, - o qeyd edib.