Azərbaycan Argentinadan qoz idxalını bərpa edib

Biznes
  • 11 mart, 2024
  • 09:45
Azərbaycan Argentinadan qoz idxalını bərpa edib

Ötən il Azərbaycana 18,31 milyon ABŞ dolları dəyərində 5 min 83 ton yunan qozu idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 0,4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Ukraynadan 13 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 % çoxdur) 3 min 753 ton (+35 %), Özbəkistandan 2,2 milyon ABŞ dolları dəyərində (+96 %) 450 ton (+67 %), Qırğızıstandan 2 milyon ABŞ dolları dəyərində (+72 %) 470 ton (+91 %), Moldovadan 255,3 min ABŞ dolları dəyərində (+12 %) 87,5 ton (+40 %), Amerika Birləşmiş Ştatlarından 219,64 min ABŞ dolları dəyərində (-34 %) 62 ton (-38 %) qoz gətirib.

Azərbaycan 2 il 5 aylıq fasilənin ardından Argentinadan (15,4 min ABŞ dolları dəyərində 2 ton) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana 14 ölkədən idxal edilmiş 5 min ton qozun 55 %-i Ukraynanın payına düşüb.

44 - Tezliklə