Azərbaycan Almaniyadan kömür idxalını bərpa edib

Biznes
  • 06 iyul, 2024
  • 06:09
Azərbaycan Almaniyadan kömür idxalını bərpa edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 1,48 milyon ABŞ dolları dəyərində 7 min 556 ton kömür (antrasit, bitumlaşmış və digər) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 75 %, kəmiyyət olaraq – 72 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,46 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 74 % çoxdur) 7 min 551 ton (+72 %), Türkiyədən 11 min ABŞ dolları dəyərində (+5,5 dəfə) 4,52 ton (+2 dəfə) və Almaniyadan 0,16 min ABŞ dolları dəyərində 0,01 ton kömür alıb.

Azərbaycan 5 il 6 aylıq fasilənin ardından Almaniyadan kömür tədarükünü bərpa edib.

2023-cü ildə Azərbaycanın 5 ölkədən idxal etdiyi 8 min 937 ton kömürün 99,7 %-i Rusiyanın payına düşüb.