Azərbaycan Almaniyadan ananas şirəsinin alışını 94 dəfə artırıb
- 08 sentyabr, 2022
- 08:39
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin I yarısında Azərbaycana xaricdən 91,1 min ABŞ dolları dəyərində 64,76 ton ananas şirəsi gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 26,4 %, kəmiyyət olaraq – 6,6 % çoxdur.
Hesabat dövründə İsraildən 43,63 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 % çoxdur) 19,76 ton (-5 %), Rusiyadan 36,02 min ABŞ dolları dəyərində (+20 %) 35,68 ton (+2,9 %), Almaniyadan 6,19 min ABŞ dolları dəyərində (+44,3 dəfə) 4,71 ton (+94 dəfə), Avstriyadan 3,74 min ABŞ dolları dəyərində 2,85 ton (bir il əvvəl tədarük olmayıb), Belarusdan 1,37 min ABŞ dolları dəyərində (+14,2 %) 1,74 ton (+12,3 %) məhsul alınıb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricdən (7 ölkədən) aldığı 111,46 ton ananas şirəsinin 52,6 %-i Rusiyanın, 38,6 %-i İsrailin payına düşüb.