Azərbaycan Almaniya və Ukraynadan vafli alışını kəskin artırıb
- 17 oktyabr, 2023
- 09:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə 11,35 milyon ABŞ dolları dəyərində 3 min 459 ton vafli və vafli həbləri idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq – 31 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 3,92 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 77 % çoxdur) 809 ton (+41 %), Rusiyadan 2,9 milyon ABŞ dolları dəyərində (-20 %) 1 min 417 ton (-9 %), Bolqarıstandan 1,28 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 309 ton (+82 %), Almaniyadan 1,1 milyon ABŞ dolları dəyərində (+24 dəfə) 217 ton (+43 dəfə), Ukraynadan 926 min ABŞ dolları dəyərində (+4 dəfə) 297 ton (+3,4 dəfə) məhsul alıb.
2022-ci ildə Azərbaycana (25 ölkədən) idxal edilən 4 min 714 ton vaflinin 52 %-i Rusiyanın, 23,2 %-i Türkiyənin, 7,4 %-i Bolqarıstanın, 4,6 %-i Ukraynanın, 3,7 %-i Almaniyanın payına düşüb.