Azərbaycan “Aİ-92” benzininin idxalını kəskin azaldıb

Biznes
  • 14 avqust, 2023
  • 07:51
Azərbaycan “Aİ-92” benzininin idxalını kəskin azaldıb

Bu ilin I yarısında Azərbaycana 12,8 milyon ABŞ dolları dəyərində 16 min 931 ton "Aİ-92" markalı avtomobil benzini gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 92,6 %, kəmiyyət olaraq – 88,8 % azdır.

Hesabat dövründə Azərbaycan Türkmənistandan 10,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 75,6 % azdır) 12 min 58 ton (-67 %) və Rusiyadan 2,6 milyon ABŞ dolları dəyərində (-97,9 %) 4 min 872 ton (-95,5 %) benzin alıb.

2022-ci ildə Azərbaycana (4 ölkədən) idxal edilmiş 198 min 790 ton "Aİ-92" benzinin 75,5 %-i Rusiyanın payına düşüb.