Azərbaycan ABŞ-yə şüşə vərəqələrin ixracına başlayıb

Biznes
  • 29 mart, 2024
  • 13:38
Azərbaycan ABŞ-yə şüşə vərəqələrin ixracına başlayıb

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azerfloat” QSC ilk dəfə ABŞ-yə şüşə vərəqələrin ixracına başlayıb.

"Report" bu barədə İZİA-ya istinadən xəbər verir.

Məlumata görə, bu ölkəyə ilkin mərhələdə 69 tondan artıq məhsul göndərilib.

Qeyd edək ki, “Azerfloat” QSC Sumqayıt Kimya Sənaye Parkının ərazisində Almaniya texnologiyası əsasında şüşə vərəqələrin istehsalını həyata keçirir.

2023-cü ildə “Azerfloat” 52 milyon manatdan artıq məhsul satışı həyata keçirib ki, bunun da təqribən 50 %-lik hissəsi ixracın payına düşür. İstehsal olunan məhsullar Türkiyə, İrlandiya, Mərakeş, Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrə "Made in Azerbaijan" brendi adı altında ixrac edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti