Azərbaycan ABŞ-yə mineral su ixracını kəskin artırıb
- 10 oktyabr, 2024
- 12:26
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 589 min ABŞ dolları dəyərində 100,3 min dekalitr mineral su ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 85 %, kəmiyyət olaraq – 22 % çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyaya 309,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 54 % çoxdur) 57 min dekalitr (+78 %), Amerika Birləşmiş Ştatlarına (ABŞ) 172 min ABŞ dolları dəyərində (+26 dəfə) 9,8 min dekalitr (+6 dəfə), Türkiyəyə 51 min ABŞ dolları dəyərində (+38 %) 17,5 min dekalitr (-33 %), Estoniyaya 15,1 min ABŞ dolları dəyərində (+2 dəfə) 5,7 min dekalitr (+2 dəfə), Litvaya 10,2 min ABŞ dolları dəyərində (-10 %) 3,9 min dekalitr (+3 %) məhsul satıb.
2023-cü ildə Azərbaycandan 15 ölkəyə ixrac edilmiş 125 min dekalitr mineral suyun 47,2 %-i Rusiyanın, 24 %-i Türkiyənin payına düşüb.