Azərbaycan ABŞ-dən zərgərlik məmulatları alışını kəskin artırıb
- 12 oktyabr, 2023
- 09:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 25,3 milyon ABŞ dolları dəyərində 1 min 732 kiloqram zərgərlik məmulatları (gümüşdən və digər qiymətli metallardan) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 37 % çoxdur.
Hesabat dövründə Azərbaycan İtaliyadan 11,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 95 % çoxdur) 56,53 kiloqram (+39 %), İsveçrədən 2,5 milyon ABŞ dolları dəyərində (+98 %) 12 kiloqram (+84 %), Türkiyədən 2,2 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 929 kiloqram (+49 %), Fransadan 1,68 milyon ABŞ dolları dəyərində (+3,2 dəfə) 6,6 kiloqram (+2,9 dəfə), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 1,63 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 12 kiloqram (+3,4 dəfə) məmulat alıb.
2022-ci ildə Azərbaycana (23 ölkədən) idxal edilən 27 milyon ABŞ dolları dəyərində zərgərlik məmulatlarının 50,4 %-i İtaliyanın payına düşüb.