Azərbaycan ABŞ-dən paltaryuyan maşın idxalını bərpa edib

Biznes
  • 04 yanvar, 2024
  • 12:21
Azərbaycan ABŞ-dən paltaryuyan maşın idxalını bərpa edib

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 46 milyon ABŞ dolları dəyərində 189 min 943 ədəd paltaryuyan maşın (tutumu 10 kq quru paltardan çox olmayan) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 45 %, kəmiyyət olaraq – 55 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 23,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 dəfə çoxdur) 96 min 774 ədəd (+5,4 dəfə), Türkiyədən 11,1 milyon ABŞ dolları dəyərində (+2,6 dəfə) 56 min 176 ədəd (+3 dəfə), Polşadan 4,9 milyon ABŞ dolları dəyərində (+3,8 dəfə) 13 min 348 ədəd (+3,5 dəfə), Rusiyadan 3,5 milyon ABŞ dolları dəyərində (-82 %) 14 min 858 ədəd (-79 %), Almaniyadan 1,1 milyon ABŞ dolları dəyərində (+82 %) 1 min 692 ədəd (+96 %) məhsul alıb.

Azərbaycan 1 il 10 aylıq fasilənin ardından Amerika Birləşmiş Ştatlarından (ABŞ) (49 min ABŞ dolları dəyərində 7 ədəd) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (27 ölkədən) idxal edilən 165,583 min ədəd paltaryuyan maşının 49,7 %-i Rusiyanın, 17,9 %-i Çinin payına düşüb.

44 - Tezliklə