Azərbaycan ABŞ-dan çəkməli tütün alışını bərpa edib
- 11 avqust, 2023
- 11:45
Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 33,56 milyon ABŞ dolları dəyərində 1 min 934 ton çəkməli tütün gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 62 %, kəmiyyət olaraq – 53 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 28,832 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45 dəfə çoxdur) 1 min 514 ton (+31 dəfə), Ukraynadan 3,56 milyon ABŞ dolları dəyərində (-71 %) 299,54 ton (-62 %), İordaniyadan 608 min ABŞ dolları dəyərində (+32 %) 110 ton (+26 %), Özbəkistandan 333 min ABŞ dolları dəyərində (-95,5 %) 4,6 ton (-98,7 %), Rusiyadan 125 min ABŞ dolları dəyərində (+729 dəfə) 2,9 ton (+36 dəfə) məhsul idxal edib.
Azərbaycan il yarımlıq fasilənin ardından Amerika Birləşmiş Ştatlarından (4,71 min ABŞ dolları dəyərində 0,06 ton) çəkməli tütün alışını bərpa edib.
2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilmiş 4 min 369 ton çəkməli tütünün 41,7 %-i Türkiyənin, 25,7 %-i Ukraynanın payına düşüb.