Azərbaycan 8 ölkədən qəhvə idxalını bərpa edib

Biznes
  • 15 mart, 2023
  • 09:16
Azərbaycan 8 ölkədən qəhvə idxalını bərpa edib

Ötən il ərzində Azərbaycana 3,76 milyon ABŞ dolları dəyərində 405 ton qəhvə idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 39 %, kəmiyyət olaraq – 20 % çoxdur.

Hesabat dövründə Azərbaycana İtaliyadan 1,31 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 40 % çoxdur) 100 ton (+53 %), Türkiyədən 716 min ABŞ dolları dəyərində (+36 %) 93 ton (-6 %), Braziliyadan 426 min ABŞ dolları dəyərində (+47 %) 73 ton (+22 %), Rusiyadan 223 min ABŞ dolları dəyərində (+46 %) 30 ton (+3,4 %), Birləşmiş Ərəb Əmirliklərindən 221 min ABŞ dolları dəyərində (+4,4 dəfə) 15,21 ton (+4,1 dəfə) məhsul gətirilib.

Azərbaycana Bolqarıstandan (0,62 min ABŞ dolları dəyərində 0,07 ton), Çexiyadan (0,5 min ABŞ dolları dəyərində 0,06 ton), İspaniyadan (7,7 min ABŞ dolları dəyərində 0,65 ton), İsveçdən (0,14 min ABŞ dolları dəyərində 0,01 ton), Panamadan (0,04 min ABŞ dolları dəyərində 0,01 ton), Perudan (5,1 min ABŞ dolları dəyərində 0,76 ton), Ruandadan (1,62 min ABŞ dolları dəyərində 0,15 ton) və Uqandadan (4,7 min ABŞ dolları dəyərində 1,38 ton) qəhvə tədarükü bərpa edilib.

44 - Tezliklə