Azərbaycan 5 ölkədən avtomobil şini idxalını bərpa edib

Biznes
  • 07 yanvar, 2024
  • 06:09
Azərbaycan 5 ölkədən avtomobil şini idxalını bərpa edib

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 82,8 milyon ABŞ dolları dəyərində 1 milyon 679 min 760 ədəd rezin şin (minik və yük avtomobilləri, avtobuslar üçün, təzə) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 26 %, kəmiyyət olaraq – 24 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 55,6 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 47 % çoxdur) 1 milyon 145 min 129 ədəd (+42 %), Türkiyədən 10,9 milyon ABŞ dolları dəyərində (-1,5 %) 181 min 430 ədəd (-20 %), Cənubi Koreyadan 4,3 milyon ABŞ dolları dəyərində (+38 %) 107 min 873 ədəd (+32 %), Rusiyadan 3,8 milyon ABŞ dolları dəyərində (-17 %) 116 min 374 ədəd (+18 %), Yaponiyadan 1,5 milyon ABŞ dolları dəyərində (-18 %) 14 min 933 ədəd (-9 %) məhsul alıb.

Azərbaycan 11 il 2 ayın tamamında Kiprdən (84,55 min ABŞ dolları dəyərində 487 ədəd), 7 il 6 aylıq fasilənin ardından Birləşmiş Ərəb Əmirliklərindən (2,1 min ABŞ dolları dəyərində 4 ədəd), 5 il 4 aylıq aradan sonra İsveçrədən (13,55 min ABŞ dolları dəyərində 76 ədəd), 3 il 5 aydan sonra Kanadadan (1,65 min ABŞ dolları dəyərində 12 ədəd) və 1 il 9 aylıq fasilənin ardından Şri-Lankadan (16,2 min ABŞ dolları dəyərində 87 ədəd) rezin şin tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycanın xaricdən (34 ölkədən) aldığı 1,714 milyon ədəd rezin şinin 61,1 %-i Çinin payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti