Azərbaycan 4 ölkədən makaron idxalını bərpa edib

Biznes
  • 30 yanvar, 2023
  • 13:10
Azərbaycan 4 ölkədən makaron idxalını bərpa edib

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 19,2 milyon ABŞ dolları dəyərində 15 min 223 ton makaron məmulatları (kuskusdan başqa) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 44 %, kəmiyyət olaraq – 5 % çoxdur.

Hesabat dövründə Türkiyədən 9,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 46 % çoxdur) 10 min 516 ton (+13,4 %), Rusiyadan 7,5 milyon ABŞ dolları dəyərində (+47 %) 3 min 537 ton (+0,4 %), Ukraynadan 667 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 299,4 ton (+2,4 dəfə), İtaliyadan 540 min ABŞ dolları dəyərində (+6,7 %) 284,3 ton (-12 %), Qırğızıstandan 465 min ABŞ dolları dəyərində 265,4 ton (ilk dəfə tədarük olub) məhsul alınıb.

Beş ilin tamamında Mərakeşdən, 3 il 4 aydan sonra Belçikadan, 2 il 2 aylıq fasilənin ardından Hindistandan və 1 il 1 aylıq aradan sonra Böyük Britaniyadan idxal bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 2 min ABŞ dolları dəyərində 0,5 ton, 0,3 min ABŞ dolları dəyərində 0,04 ton, 0,6 min ABŞ dolları dəyərində 0,15 ton və 0,8 min ABŞ dolları dəyərində 0,2 ton makaron alınıb.

44 filmi