Azərbaycan 4 ölkədən kosmetik vasitələrin alışını bərpa edib

Biznes
  • 23 mart, 2024
  • 09:11
Azərbaycan 4 ölkədən kosmetik vasitələrin alışını bərpa edib

Ötən il Azərbaycana 59,61 milyon ABŞ dolları dəyərində 3 min 971 ton kosmetika məhsulları (dodaqların, gözlərin makiyajı üçün, manikür və pedikür vasitələri, pudra, kompakt pudra, dəriyə qulluq vasitələri və digər) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 47 %, kəmiyyət olaraq – 33 % çoxdur.

Hesabat dövründə Azərbaycan Cənubi Koreyadan 8,15 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 63 % çoxdur) 156 ton (+73 %), Çindən 7,93 milyon ABŞ dolları dəyərində (+2,7 dəfə) 1 min 416 ton (+83 %), Fransadan 7,64 milyon ABŞ dolları dəyərində (+63 %) 133 ton (+51 %), İtaliyadan 6,8 milyon ABŞ dolları dəyərində (+55 %) 104 ton (+16 %), Türkiyədən 6,1 milyon ABŞ dolları dəyərində (+29 %) 680 ton (+28 %) məhsul alıb.

Azərbaycan 9 il 3 aylıq aradan sonra Filippindən (2,21 min ABŞ dolları dəyərində 0,04 ton), 3 ilin tamamında Qazaxıstandan (2,62 min ABŞ dolları dəyərində 0,09 ton), 2 il 6 aylıq fasilənin ardından Sinqapurdan (273 min ABŞ dolları dəyərində 1,62 ton) və 2 il 2 aydan sonra Sloveniyadan (21,42 min ABŞ dolları dəyərində 1 ton) tədarükü bərpa edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti