Azərbaycan 4 ölkədən ketçup idxalını bərpa edib

Biznes
  • 18 mart, 2024
  • 08:08
Azərbaycan 4 ölkədən ketçup idxalını bərpa edib

2023-cü ildə Azərbaycan 4,5 milyon ABŞ dolları dəyərində 2 min 957 ton ketçup idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 2 %, kəmiyyət olaraq – 6,1 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,9 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % azdır) 1 min 308 ton (-10 %), Türkiyədən 1,15 milyon ABŞ dolları dəyərində (+3,3 %) 744 ton (-0,01 %), Almaniyadan 494 min ABŞ dolları dəyərində (+2 dəfə) 208 ton (+76 %), Qazaxıstandan 401 min ABŞ dolları dəyərində (+70 %) 331 ton (+57 %), Portuqaliyadan 121 min ABŞ dolları dəyərində 81,5 ton məhsul alıb.

Azərbaycan 2 il 3 aylıq fasilənin ardından Çexiyadan (0,5 min ABŞ dolları dəyərində 0,3 ton), 2 ilin tamamında Portuqaliya və Vyetnamdan (69 min ABŞ dolları dəyərində 64 ton), 1 il 7 aylıq aradan sonra Cənubi Koreyadan (0,1 min ABŞ dolları dəyərində 0,02 ton) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana 22 ölkədən idxal edilmiş 4,4 milyon ABŞ dolları dəyərində ketçupun 54 %-i Rusiyanın, 25,2 %-i Türkiyənin, 5,5 %-i Almaniyanın, 5,3 %-i Qazaxıstanın payına düşüb.

44 - Tezliklə