Azərbaycan 4 ölkədən elektromobil alışını kəskin artırıb

Biznes
  • 14 sentyabr, 2023
  • 07:20
Azərbaycan 4 ölkədən elektromobil alışını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 61,4 milyon ABŞ dolları dəyərində 1 min 492 ədəd elektromobil idxal edib.

"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 11 dəfə, kəmiyyət olaraq – 8 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 43,45 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 19 dəfə çoxdur) 1 min 208 ədəd (+19 dəfə), Almaniyadan 13,6 milyon ABŞ dolları dəyərində (+13 dəfə) 151 ədəd (+12 dəfə), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 2,4 milyon ABŞ dolları dəyərində (+2,9 dəfə) 78 ədəd (+2,9 dəfə), Koreya Respublikasından 827,41 min ABŞ dolları dəyərində (+5,8 dəfə) 20 ədəd (+5 dəfə), Belçikadan 335 min ABŞ dolları dəyərində (-39 %) 5 ədəd (-44 %) avtomobil alıb.

2022-ci ildə Azərbaycana xaricdən (14 ölkədən) gətirilmiş 17,67 milyon ABŞ dolları dəyərində elektromobillərin 59 %-i Çinin, 18,2 %-i Almaniyanın, 9,8 %-i ABŞ-nin, 6,7 %-i Belçikanın payına düşüb.

44 filmi