Azərbaycan 4 ölkədən elektrik sayğaclarının alışını kəskin artırıb
- 07 sentyabr, 2023
- 10:32
Bu ilin ilk 6 ayında Azərbaycana xarici ölkələrdən 5,4 milyon ABŞ dolları dəyərində 172 min 13 ədəd elektrik enerjisi sayğacı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 95 %, kəmiyyət olaraq – 62 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 4,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,5 dəfə çoxdur) 65 min 106 ədəd (+69 %), Türkiyədən 1,1 milyon ABŞ dolları dəyərində (+5,2 %) 106 min 387 ədəd (+57,5 %), İtaliyadan 44,69 min ABŞ dolları dəyərində (+450 dəfə) 203 ədəd (+102 dəfə), Rusiyadan 29,5 min ABŞ dolları dəyərində (-32 %) 242 ədəd (-49 %), Amerika Birləşmiş Ştatlarında 10,76 min ABŞ dolları dəyərində (+40 dəfə) 15 ədəd (+15 dəfə) cihaz alıb.
2022-ci ildə Azərbaycanın (13 ölkədən) idxal edilmiş 283 min 713 ədəd elektrik sayğacın 62 %-i Türkiyənin, 37,6 %-i Çinin payına düşüb.