Azərbaycan 3 ölkəyə mebel ixracını bərpa edib

Biznes
  • 10 yanvar, 2024
  • 11:29
Azərbaycan 3 ölkəyə mebel ixracını bərpa edib

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan 2,33 milyon ABŞ dolları dəyərində 17 min 197 ədəd mebel (ağacdan mətbəx, yataq və sair) ixrac edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 34 %, kəmiyyət olaraq – 40 % azdır.

Hesabat dövründə Azərbaycan Amerika Birləşmiş Ştatlarına 531 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 35 % azdır) 8 min 359 ədəd (-43 %), Səudiyyə Ərəbistanına 528 min ABŞ dolları dəyərində (+10 dəfə) 1 min ədəd (+21 %), Gürcüstana 280 min ABŞ dolları dəyərində (-63 %) 2 min 490 ədəd (-57%), İtaliyaya 257,4 min ABŞ dolları dəyərində 562 ədəd (bir il əvvəl tədarük olmayıb), Qazaxıstana 245 min ABŞ dolları dəyərində (-60 %) 1 min 564 ədəd (+2 dəfə) mebel satıb.

Azərbaycan 10 il 3 ayın tamamında İsrailə (4,2 min ABŞ dolları dəyərində 14 ədəd), 7 il 7 aydan sonra Moldovaya (0,2 min ABŞ dolları dəyərində 10 ədəd), 1 il 4 aylıq fasilənin ardından Omana (2,5 min ABŞ dolları dəyərində 49 ədəd) tədarükü bərpa edib.

Son xəbərlər

Bütün Xəbər Lenti