Azərbaycan 3 ölkəyə çay ixracını bərpa edib
- 09 mart, 2023
- 06:56
Ötən il Azərbaycan xaricdən 74 milyon ABŞ dolları dəyərində 14 min 187 ton qara çay alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 23 %, kəmiyyət olaraq – 3 % çoxdur.
Şri-Lankadan 62,5 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 27 % çoxdur) 11 min 597 ton (+6 %), Rusiyadan 6 milyon ABŞ dolları dəyərində (+7 %) 1 min 142 ton (-1 %), Hindistandan 2,8 milyon ABŞ dolları dəyərində (+1,7 %) 817 ton (+4,9 %), Keniyadan 1,4 milyon ABŞ dolları dəyərində (+63 %) 287 ton (+40 %), Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 368 min ABŞ dolları dəyərində (+16 %) 42 ton (+14 %) məhsul gətirilib.
Hesabat dövründə Azərbaycan 11,1 milyon ABŞ dolları dəyərində (+38 %) 1 min 697 ton (+66 %) qara çay ixrac edib.
Gürcüstana 4,9 milyon ABŞ dolları dəyərində (-1,3 %) 579 ton (-9 %), Rusiyaya 4,1 milyon ABŞ dolları dəyərində (+12 dəfə) 865 ton (+14,4 dəfə), Ukraynaya 1,1 milyon ABŞ dolları dəyərində (-40 %) 137 ton (-40,4 %), BƏƏ-yə 228 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 22 ton (+2,4 dəfə), Polşaya 155,8 min ABŞ dolları dəyərində 26,2 ton məhsul göndərilib.
Azərbaycandan Estoniyaya (14,4 min ABŞ dolları dəyərində 1,31 ton), Qətərə (17 min ABŞ dolları dəyərində 0,8 ton) və Polşaya tədarük bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Pakistana (14 min ABŞ dolları dəyərində 1,52 ton) ixrac həyata keçirilib.