Azərbaycan 3 ölkədən tütün tədarükünü bərpa edib

Biznes
  • 28 mart, 2024
  • 12:50
Azərbaycan 3 ölkədən tütün tədarükünü bərpa edib

2023-cü ildə Azərbaycan 87,8 milyon ABŞ dolları dəyərində 4 min 995 ton çəkməli tütün idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 14 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkiyədən 71,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 3 min 664 ton (+2 dəfə), Ukraynadan 11,5 milyon ABŞ dolları dəyərində (-30 %) 832 ton (-26 %), İordaniyadan 2 milyon ABŞ dolları dəyərində (-2,4 %) 333 ton (-15 %), Almaniyadan 1 milyon ABŞ dolları dəyərində 88 ton, Özbəkistandan 820 min ABŞ dolları dəyərində (-95 %) 39,1 ton (-95 %) tütün alıb.

Azərbaycan 2 il 1 aylıq fasilənin ardından Belçikadan (14 min ABŞ dolları dəyərində 0,68 ton), 1 il 6 aylıq aradan sonra Amerika Birləşmiş Ştatlarından (36 min ABŞ dolları dəyərində 0,62 ton) və 1 il 4 aydan sonra Almaniyadan tütün tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (11 ölkədən) idxal edilmiş 4 min 369 ton çəkməli tütünün 41,7 %-i Türkiyənin, 25,7 %-i Ukraynanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti