Azərbaycan 3 ölkədən traktor tədarükünü bərpa edib

Biznes
  • 29 dekabr, 2023
  • 13:25
Azərbaycan 3 ölkədən traktor tədarükünü bərpa edib

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 131,3 milyon ABŞ dolları dəyərində 4 min 941 ədəd traktor idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 48 %, kəmiyyət olaraq – 38 % çoxdur.

Hesabat dövründə Azərbaycan Niderlanddan 26,85 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 43 % çoxdur) 1 min 225 ədəd (+36 %), Almaniyadan 26,5 milyon ABŞ dolları dəyərində (+33 %) 1 min 187 ədəd (+29 %), İsveçdən 16,4 milyon ABŞ dolları dəyərində (+95 %) 661 ədəd (+55 %), Çindən 16,2 milyon ABŞ dolları dəyərində (+2,5 dəfə) 669 ədəd (+2,4 dəfə), Belarusdan 14,6 milyon ABŞ dolları dəyərində (+48 %) 621 ədəd (+38 %) traktor alıb.

Beş il 4 aylıq fasilənin ardından Cənubi Koreyadan (28 min ABŞ dolları dəyərində 1 ədəd), 4 il 7 aylıq aradan sonra Belçikadan (50 min ABŞ dolları dəyərində 1 ədəd) və 2 il 2 aydan sonra Gürcüstandan (578 min ABŞ dolları dəyərində 12 ədəd) tədarük bərpa edilib.

2022-ci ildə Azərbaycana (18 ölkədən) xaricdən gətirilmiş 4 min 695 ədəd traktorun 26,7 %-i Niderlandın, 25,6 %-i Almaniyanın payına düşüb.

44 - Tezliklə