Azərbaycan 3 ölkədən siqar idxalını bərpa edib

Biznes
  • 04 mart, 2024
  • 11:07
Azərbaycan 3 ölkədən siqar idxalını bərpa edib

Ötən il Azərbaycan 498 min ABŞ dolları dəyərində 1,91 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 3,5 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Kubadan 333,68 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % çoxdur) 0,02 milyon ədəd (-25 %), Almaniyadan 73,61 min ABŞ dolları dəyərində (+68 %) 1,68 milyon ədəd (+5,3 dəfə), Dominikan Respublikasından 27,53 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 0,05 milyon ədəd (+5 dəfə), Nikaraquadan 26,43 min ABŞ dolları dəyərində 0,01 milyon ədəd, İtaliyadan 21,88 min ABŞ dolları dəyərində (-21 %) 0,12 milyon ədəd (+71,4 %) siqar alıb.

Azərbaycan 8 il 5 ayın tamamında İsveçrədən (4,54 min ABŞ dolları dəyərində 0,01 milyon ədəd), 8 il 2 aylıq fasilənin ardından Amerika Birləşmiş Ştatlarından (5,57 min ABŞ dolları dəyərində 0,01 milyon ədəd) və 3 il 8 aydan sonra Nikaraquadan tədarükü bərpa edib.

44 - Tezliklə