Azərbaycan 3 ölkədən küncüt toxumunun idxalını bərpa edib
- 18 mart, 2024
- 09:50
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycana 986 min ABŞ dolları dəyərində 462 ton küncüt toxumu idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 13 %, kəmiyyət olaraq – 17 % azdır.
Hesabat dövründə Azərbaycan Hindistandan 478 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % azdır) 220 ton (-36 %), İrandan 207 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 122 ton (+2,2 dəfə), Türkiyədən 174 min ABŞ dolları dəyərində (+54 %) 64,9 ton (+59 %), Pakistandan 120 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 52 ton (+2,1 dəfə), Özbəkistandan 6 min ABŞ dolları dəyərində (-96 %) 3 ton (-96,3 %) məhsul alıb.
Azərbaycan 3 il 4 aylıq fasilənin ardından İtaliyadan (0,16 min ABŞ dolları dəyərində 0,01 ton), 1 il 9 aylıq aradan sonra Misirdən (0,05 min ABŞ dolları dəyərində 0,01 ton) və Boliviyadan (0,04 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.
2022-ci ildə Azərbaycana 10 ölkədən idxal edilmiş 346 ton küncüt toxumunun 62 %-i Hindistanın payına düşüb.