Azərbaycan 3 ölkədən dondurma tədarükünü bərpa edib

Biznes
  • 28 noyabr, 2023
  • 12:18
Azərbaycan 3 ölkədən dondurma tədarükünü bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 7,32 milyon ABŞ dolları dəyərində 1 min 336 ton dondurma idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 17 %, kəmiyyət olaraq – 12 % çoxdur.

Azərbaycan Türkiyədən 4,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 17 % çoxdur) 624 ton (+3 %), Rusiyadan 1,7 milyon ABŞ dolları dəyərində (+4,1 %) 398 ton (+11 %), Belarusdan 540,7 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 147 ton (+3,8 dəfə), Ukraynadan 344 min ABŞ dolları dəyərində (-20 %) 92 ton (-20 %), Qazaxıstandan 162,14 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 34,1 ton (+2,4 dəfə) məhsul alıb.

Azərbaycan 2 il 1 aylıq fasilənin ardından Böyük Britaniyadan (7 min ABŞ dolları dəyərində 0,53 ton), 1 il 11 aylıq aradan sonra Macarıstandan (0,05 min ABŞ dolları dəyərində 0,01 ton) və 1 il 5 aydan sonra İrandan (0,06 min ABŞ dolları dəyərində 0,05 ton) tədarükü bərpa edib.

44 filmi