Azərbaycan 3 ölkədən avtomobil idxalını bərpa edib
- 21 dekabr, 2023
- 07:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 850,6 milyon ABŞ dolları dəyərində 60 min 664 ədəd minik avtomobili (benzin və dizel mühərrikli) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 60 %, kəmiyyət olaraq – 32 % çoxdur.
Hesabat dövründə Azərbaycan Koreya Respublikasından 238,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 24 min 512 ədəd (+2 dəfə), Yaponiyadan 170,2 milyon ABŞ dolları dəyərində (+90 %) 6 min 368 ədəd (+27 %), Almaniyadan 100,7 milyon ABŞ dolları dəyərində (+3 %) 8 min 330 ədəd (-10 %), Böyük Britaniyadan 85,6 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 2 min 537 ədəd (+31 %) Amerika Birləşmiş Ştatlarından 67,24 milyon ABŞ dolları dəyərində (+19 %) 5 min 625 ədəd (+8,4 %) avtomobil alıb.
Yeddi il 8 ayın tamamında Azərbaycan Ukraynadan (166 min ABŞ dolları dəyərində 1 ədəd), 2 il 1 aylıq fasilənin ardından Niderlanddan (6 min ABŞ dolları dəyərində 1 ədəd) və 1 il 1 aylıq aradan sonra Sloveniyadan (4,1 min ABŞ dolları dəyərində 1 ədəd) minik avtomobillərinin tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (32 ölkədən) idxal edilən 670,72 milyon ABŞ dolları dəyərində minik avtomobillərinin 19,34 %-i Almaniyanın, 19,3 %-i Cənubi Koreyanın, 17 %-i Yaponiyanın payına düşüb.