Azərbaycan 3 ölkədən araq tədarükünü bərpa edib
- 15 fevral, 2022
- 08:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin 11 ayı ərzində Azərbaycana xaricdən 5 milyon 573,95 min ABŞ dolları dəyərində 59,97 min dekalitr araq gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 24,34 %, kəmiyyət olaraq – 16,95 % artıb.
Hesabat dövründə Rusiyadan 2 milyon 470,85 min ABŞ dolları dəyərində 21,27 min dekalitr, Belarusdan 1 milyon 013,46 min ABŞ dolları dəyərində 16,49 min dekalitr, Ukraynadan 786,17 min ABŞ dolları dəyərində 11,33 min dekalitr, Moldovadan 318,06 min ABŞ dolları dəyərində 4,63 min dekalitr, İsveçdən 209,29 min ABŞ dolları dəyərində 1,07 min dekalitr araq alınıb.
2020-ci ilin eyni dövrü ilə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 28,19 % və 29,85 % artıb, Belarusdan – 26,29 % və 21,1 %, Ukraynadan – 4,37 % və 5,11 % azalıb, Moldovadan – 97,12 % və 65,95 %, İsveçdən – 33,75 % və 21,59 % artıb.
Üç il 9 aylıq aradan sonra Qazaxıstandan, 2 il 3 aylıq fasilənin ardından Almaniyadan, 1 il 10 ayın tamamında Kanadadan tədarük bərpa edilib. Bu ölkələrdən müvafiq olaraq 9,51 min ABŞ dolları dəyərində 0,16 min dekalitr, 1,76 min ABŞ dolları dəyərində 0,01 min dekalitr, 0,85 min ABŞ dolları dəyərində 0,01 min dekalitr məhsul alınıb.