Azərbaycan 2 ölkədən soyuducu idxalını bərpa edib

Biznes
  • 27 fevral, 2024
  • 09:00
Azərbaycan 2 ölkədən soyuducu idxalını bərpa edib

Ötən il Azərbaycan 65,2 milyon ABŞ dolları dəyərində 193 min 303 ədəd soyuducu idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 29 %, kəmiyyət olaraq – 38 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 15,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 54 % çoxdur) 57 min 908 ədəd (+43 %), Tailanddan 12,4 milyon ABŞ dolları dəyərində (-20 %) 23 min 667 ədəd (-23 %), Çindən 11,4 milyon ABŞ dolları dəyərində (+83 %) 48 min 115 ədəd (+2,5 dəfə), Türkiyədən 11,15 milyon ABŞ dolları dəyərində (+18 %) 29 min 860 ədəd (+17 %), Polşadan 4,3 milyon ABŞ dolları dəyərində (+3,5 dəfə) 8 min 721 ədəd (+3 dəfə) soyuducu alıb.

Azərbaycan 7 ilin tamamında Malayziyadan (5,8 min ABŞ dolları dəyərində 10 ədəd) və 1 il 3 aylıq fasilənin ardından Sloveniyadan (3,8 min ABŞ dolları dəyərində 9 ədəd) soyuducu alışını bərpa edib.

2022-ci ildə Azərbaycana (34 ölkədən) idxal edilmiş 140 min 486 ədəd soyuducunun 29 %-i Rusiyanın, 21,8 %-i Tailandın, 18,1 %-i Türkiyənin, 13,8 %-i Çinin payına düşüb.

44 - Tezliklə