Azərbaycan 2 ölkədən qəhvə alışını kəskin artırıb

Biznes
  • 18 sentyabr, 2023
  • 11:13
Azərbaycan 2 ölkədən qəhvə alışını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2,5 milyon ABŞ dolları dəyərində 267,3 ton qəhvə idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrün göstəricisindən dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 33 % çoxdur.

Hesabat dövründə Azərbaycana İtaliyadan 860 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % çoxdur) 60,5 ton (+4,7 %), Braziliyadan 490,8 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 94,2 ton (+3 dəfə), Türkiyədən 338,5 min ABŞ dolları dəyərində (+21 %) 37,5 ton (-5 %), Niderlanddan 141 min ABŞ dolları dəyərində (+86 %) 11 ton (+77 %), Rusiyadan 97 min ABŞ dolları dəyərində (-38 %) 12,2 ton (-45 %) məhsul gətirilib.

2022-ci ildə Azərbaycana (42 ölkədən) idxal edilmiş 405 ton qəhvənin 24,7 %-i İtaliyanın, 23 %-i Türkiyənin, 18 %-i Braziliyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti