Azərbaycan 2 ölkədən pul maşını alışını bərpa edib

Biznes
  • 19 avqust, 2023
  • 10:42
Azərbaycan 2 ölkədən pul maşını alışını bərpa edib

2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycana 4,525 milyon ABŞ dolları dəyərində 33 min 397 ədəd pul maşını (pulların çeşidlənməsi, hesablanması və bağlanması üçün) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,9 dəfə çoxdur, kəmiyyət olaraq – 27 % azdır.

Hesabat dövründə Azərbaycan Macarıstandan 1,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 29 dəfə çoxdur) 3 ədəd (-25 %), Çindən 1,1 milyon ABŞ dolları dəyərində (+3,2 dəfə) 32 min ədəd (+52 %), Rusiyadan 957 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 226 ədəd (+2,4 dəfə), Almaniyadan 444 min ABŞ dolları dəyərində (+25 %) 30 ədəd (-46 %), Koreya Respublikasından 192 min ABŞ dolları dəyərində (+17 %) 109 ədəd (+11,2 %) cihaz alıb.

Azərbaycan 7 il 8 aylıq fasilənin ardından Polşadan (8,88 min ABŞ dollar dəyərində 2 ədəd) və 4 il 7 ayın tamamında Niderlanddan (0,82 min ABŞ dollar dəyərində 1 ədəd) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (22 ölkədən) idxal edilən 64 min 933 ədəd pul maşınının 61,2 %-i Çinin payına düşüb.