Azərbaycan 2 ölkədən ketçup alışını kəskin artırıb

Biznes
  • 29 noyabr, 2023
  • 10:38
Azərbaycan 2 ölkədən ketçup alışını kəskin artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 3,1 milyon ABŞ dolları dəyərində 2 min ton ketçup idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq – 9 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 1,35 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % azdır) 910 ton (-15 %), Türkiyədən 758 min ABŞ dolları dəyərində (+27 %) 487 ton (+7,3 %), Almaniyadan 393 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 165 ton (+2,3 dəfə), Qazaxıstandan 261 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 223 ton (+83 %), Portuqaliyadan 121 min ABŞ dolları dəyərində 81,5 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.

2022-ci ildə Azərbaycana (22 ölkədən) idxal edilmiş 4,4 milyon ABŞ dolları dəyərində ketçupun 54 %-i Rusiyanın, 25,2 %-i Türkiyənin, 5,5 %-i Almaniyanın, 5,3 %-i Qazaxıstanın payına düşüb.

44 filmi