Azərbaycan 2 ölkədən kələm idxal etməyə başlayıb
- 07 mart, 2024
- 11:06
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Azərbaycan 56 min ABŞ dolları dəyərində 113 ton kələm (gül kələmindən, Brüssel kələmindən və brokkolidən başqa) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 96 %, kəmiyyət olaraq – 97 % azdır.
Hesabat dövründə Azərbaycan İrandan 35,4 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 97 % azdır) 69,4 ton (-98 %), Türkiyədən 12,9 min ABŞ dolları dəyərində (-89 %) 31,3 ton (-88 %), Niderlanddan 3,2 min ABŞ dolları dəyərində (-75 %) 4 ton (-76 %), Rusiyadan 2,5 min ABŞ dolları dəyərində 6,2 ton (bir il əvvəl tədarük olmayıb), Almaniyadan 1 min ABŞ dolları dəyərində 1,3 ton (bir il əvvəl tədarük olmayıb) kələm alıb.
Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Braziliya (0,05 min ABŞ dolları dəyərində 0,01 ton) və Portuqaliyadan (0,8 min ABŞ dolları dəyərində 0,7 ton) tədarük həyata keçirilib.