Azərbaycan 2 ölkədən avtomobil radiatorlarının tədarükünü bərpa edib

Biznes
  • 29 mart, 2024
  • 10:50
Azərbaycan 2 ölkədən avtomobil radiatorlarının tədarükünü bərpa edib

2023-cü ildə Azərbaycan 7,1 milyon ABŞ dolları dəyərində 918,3 ton avtomobillər uçun radiator idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 30 %, kəmiyyət olaraq – 31 % çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 3,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 42 % çoxdur) 502 ton (+46 %), Türkiyədən 784 min ABŞ dolları dəyərində (+58 %) 61 ton (+39 %), Rusiyadan 637 min ABŞ dolları dəyərində (+2 %) 125,4 ton (+47 %), Almaniyadan 496 min ABŞ dolları dəyərində (+15 %) 90 ton (+4,7 %), Cənubi Koreyadan 342 min ABŞ dolları dəyərində (+5 %) 35,3 ton (+6 %) məhsul alıb.

Azərbaycan 5 il 9 ayın tamamında Serbiyadan (0,5 min ABŞ dolları dəyərində 0,01 ton) və 2 il 11 aylıq fasilənin ardından Finlandiyadan (0,5 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.

44 filmi