“Azerbaijan British College” CİS tərəfindən tam akkreditasiya alıb

“Azerbaijan British College” CİS tərəfindən tam akkreditasiya alıb ABC Britaniya Beynəlxalq Məktəblər Şurasının Azərbaycanda tam üzvlük hüququna layiq görülmüş yeganə məktəbdir
Biznes
2 Fevral , 2021 18:42
“Azerbaijan British College” CİS tərəfindən tam akkreditasiya alıb

“Azerbaijan British College” (ABC) Britaniya Beynəlxalq Məktəblər Şurasının (COBİS) Azərbaycanda tam üzvlük hüququna layiq görülmüş yeganə məktəbdir.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, ABC Azərbaycanda və Xəzərsahili ölkələrdə bu hüququ qazanan yeganə məktəb olmaqla yanaşı, Beynəlxalq Məktəblər Şurası (CİS) tərəfindən də tam akkreditasiya olunub. Bu bütün “Azerbaijan British College” Təhsil Kompleksi icması üçün qürürverici bir hadisədir.

ABC CİS-in bütün standartlarına cavab vermək üçün akkreditasiya prosesinə 2018-ci ildən hazırlaşıb və ən yaxşı təhsil təcrübəsini təqdim etmək üçün CİS-lə birlikdə çalışıb. İki il ərzində məktəb özünüqiymətləndirmə üzərində çalışmış və tədrisi, eləcə də məktəb sisteminin keyfiyyətini artırmaq üçün akkreditasiya öncəsi müxtəlif yoxlamalar keçirilib. Bu prosesin yekunu olaraq ötən ilin sonlarında CİS-in 5 rəsmi şəxsi tərəfindən ABC-nin yekun qiymətləndirilməsi aparılıb. Onlar bir həftə ərzində dərsləri müşahidə edib, heyət üzvləri, valideyn qrupları, İdarə Heyətinin üzvləri və şagirdlər ilə söhbət aparıblar. CİS Məktəb Dəstək Qrupu və Qiymətləndirmə Xidməti onların qeydlərini CİS-in baş ofisinə göndərib.

Bu gün CİS məktəbin direktoru Mr.Carl Landerlə əlaqə saxlayıb ABC-nin CİS tərəfindən tam akkreditasiya aldığını bildirib. Chris Durbin Beynəlxalq Akkreditasiyanın direktoru öz şərhində bildirib ki, inkişaf etdirməli olduğumuz sahələr çoxdur, lakin bunlar məktəbin hazırki nailiyyətlərlə müqayisədə daha azdır.

Məktəbin direktoru Carl Lander qeyd edib ki, ABC-nin inkişafından çox məmnundur: “COBİS üzvlüyü, indi isə CİS akkreditasiyasına layiq görülməyimiz göstərdi ki, ABC Beynəlxalq qurumlar tərəfindən təhsildə dünya səviyyəli standartlar təqdim edən bir məktəb kimi tanınıb”.

O bildirib ki, bu, məktəbin Azərbaycan kurikulumuna sadiq olmaqla yanaşı, ABC-nin beynəlxalq təhsil standartları səviyyəsinə çatdırılması üçün Azərbaycanın aparıcı bir qurumuna çevrilməsi yolunda ilk addımıdır: “Bu uğur komanda işini təmsil edir və müəllim heyəti, eləcə də inzibati heyətin eyni məqsəd üçün çalışmasını göstərir”.

ABC-nin Baş meneceri Ələkbər Ələkbərov qeyd edib ki, bütün heyət üzvləri yerinə yetirdiyi işin vacibliyini başa düşür. Görkəmli bir məktəb olmaq üçün işçi heyətinin hər bir üzvü öz funksiyasını dəqiq yerinə yetirməlidir.

Məktəb “Sync 24” adlanan yeni layihəyə başlayıb. Bu layihə qısa müddətdə güclü reaksiya doğurdu, sosial mediada paylaşılan videolar rezonans yaratdı və tezliklə bu layihə haqqında ətraflı məlumat veriləcək. “Sync 24” məktəbin inkişaf prioritetlərini müəyyənləşdirmək, önümüzdəki 3 il üçün strateji inkişaf planı qurmaq məqsədilə valideynlərin və daha sonra bütün icmanın birlikdə çalışması ideyasını təmsil edir. Hazırda maraqlı bir dövrdə yaşayırıq. Mövcud COVID pandemiyası uşaqların təhsil almasını çətinləşdirsə də, ABC-nin Azərbaycanda Britaniya və Beynəlxalq Təhsil üçün seçilən öncül məktəb olduğunu göstərməyi bacarmışıq. Bu da, zənnimcə, mühüm nailiyyətdir.

Son xəbərlər

Orphus sistemi