“Azenco” mənfəətdən zərərə keçib

Biznes
  • 05 yanvar, 2022
  • 07:52
“Azenco” mənfəətdən zərərə keçib

“Azenco” ASC 2020-ci ili 3,721 milyon manat zərərlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 2019-cu ildən 11,741 milyon manat mənfəətlə cıxmışdı.

“Report” xəbər verir ki, 2020-ci ildə “Azenco”nun satışdan gəlirləri 24,047 milyon manat (2019-cu ilə nisbətən 40,2% az), satışının maya dəyəri 26,601 milyon manat (29,2% çox), əsas maliyyə gəlirləri 0,815 milyon manat (90,6 dəfə çox), sair maliyyə gəlirləri 4,836 milyon manat (27,5 dəfə az), inzibati və sair əməliyyat xərcləri 6,733 milyon manat (20,8 dəfə az), faiz xərcləri isə 0,085 milyon manat (9,6 dəfə az) təşkil edib.

Ötən il yanvarın 1-nə “Azenco”nun aktivləri 254,050 milyon manat olub ki, bu da illik müqayisədə 8,6% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 15,9% azalaraq 91,270 milyon manata, balans kapitalı isə 4% azalaraq 162,78 milyon manata düşüb.

Xatırladaq ki, “Azenco” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,837 milyon manatdır. Şirkətin səhmlərinin 97,6%-i "İnterenerji" MMC-yə, 2,4%-i isə fiziki şəxslərə məxsusdur.

44 filmi