Avropada avtomobil satışı avqustda 20 %-ə yaxın azalıb

Avropada avtomobil satışı avqustda 20 %-ə yaxın azalıb Bu ilin avqust ayında Avropa İttifaqı (Aİ) ölkələrində 623 min ədəd yeni avtomobil satılıb.
Biznes
16 Sentyabr , 2021 14:26
Avropada avtomobil satışı avqustda 20 %-ə yaxın azalıb

Bu ilin avqust ayında Avropa İttifaqı (Aİ) ölkələrində 623 min ədəd yeni avtomobil satılıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 % azdır.

O cümlədən, ötən ay avtomobil satışı İspaniyada 28,9 %, İtaliyada 27,3 %, Almaniyada 23 %, Fransada isə 15 % azalıb.

Hesabat dövründə “Stellantis”in (keçmiş "Fiat" və PSA) satışlarında 29,7 %, “Volkswagen Group”un satışlarında 15,9 %, “Renault” qrupunun satışlarında isə 20,6 % azalma olub.

2021-ci ilin yanvar-avqust aylarında isə avropalılar 6,8 milyon ədəd yeni avtomobil alıb ki, bu da 1 il əvvələ nisbətən 11,6 % çoxdur.

Son xəbərlər

Orphus sistemi