Avropa Komissiyası: Karbon emissiyasının azaldılmasının yolu karbon qiymətqoymadan keçir

Avropa Komissiyası: Karbon emissiyasının azaldılmasının yolu karbon qiymətqoymadan keçir Karbon emissiyasının azaldılması ilə bağlı məqsədlərə çatmağın yolu karbon qiymətqoymadan keçir.
Biznes
26 Sentyabr , 2024 12:04
Avropa Komissiyası: Karbon emissiyasının azaldılmasının yolu karbon qiymətqoymadan keçir

Karbon emissiyasının azaldılması ilə bağlı məqsədlərə çatmağın yolu karbon qiymətqoymadan keçir.

"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının Vergi və Gömrük İttifaqı üzrə Baş Direktorluğunun nümayəndəsi Cənab Xavier Vanden Boş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) bununla bağlı bir sıra qanunlar və hüquqi sənədlər qəbul edib: “Aİ 2030-cu ilə qədər karbon emissiyasının 55 %-ə qədər azaldılması məqsədinə çatmağı planlaşdırır. Bizim bununla bağlı prioritet məsələlərimiz çoxdur. Hər bir məqsədə çatmağın yolu karbon qiymətqoymadan keçir”.

"Biz Karbon Sərhədinin Tənzimlənməsi Mexanizmi (CBAM) istifadəyə vermişik ki, bu sistem Aİ-nin 2050-ci ilə qədər iqlim neytralığı hədəfinə çatmağa yardım edir. CBAM gəlir əldə etmək üçün nəzərdə tutulmayıb", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi