ATƏT PA prezidenti: "Yaşıl iqtisadiyyat" sabitliyə töhfə verir"

ATƏT PA prezidenti: "Yaşıl iqtisadiyyat" sabitliyə töhfə verir" "Yaşıl iqtisadiyyat" sabitliyə və bütün ATƏT ölkərinə töhfə verir.
Biznes
22 May , 2023 10:49
ATƏT PA prezidenti: Yaşıl iqtisadiyyat sabitliyə töhfə verir

"Yaşıl iqtisadiyyat" sabitliyə və bütün ATƏT ölkələrinə töhfə verir.

"Report" xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının (PA) prezidenti Margareta Cederfelt Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda bildirib.

O həmçinin deyib ki, "Yaşıl iqtisadiyyat" BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) bağlı birgə təşəbbüslərin reallaşdırılması ilə bağlı mühüm əhəmiyyət kəsb edir.

"Nəqliyyat və ticarətin sadələşdirilməsi insanların rifahına xidmət edir. Dayanıqlı inkişaf özündə ekoloji siyasəti, nəsillərin gələcəyini daha da təmin etmiş olur. Bu gün təhlükəsiz əməkdaşlığı müzakirə edəcəyik ki, bu da ATƏT in gündəliyində mühüm rol oynayır. Biz xalqımız tərəfindən seçilmiş nümayəndələrik və burda öz təcrübələrimiz hesabına ekologiyamızın daha da yaxşılaşdırılması üçün işlər görməliyik. Dünyamız çoxsaylı problemlərlə üzləşib. Bura sosial bərabərsizlik , artan qida qiymətləri daxildir və bunlar, həll yolları tələb edir. Rusiyanın Ukraynadakı müharibəsi kəskin su, qida, enerji böhranına səbəb olur. Pandemiya, Rusiya və Ukrayna müharibəsi mühüm iqtisadi münasibətlərin lazımi səviyyədə olmamasını göstərir. Biz münasibətlərimizi yenidən nəzərdən keçirməklə gələcək böhranlara daha dayanıqlı olmalıyıq. Sülh həmçinin yaşıl ekologiyadır. Biz daha təhlükəsiz ATƏT ölkələri üçün mübarizə aparmalıyıq", - deyə o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi