Assosiasiya sədri: “Şərab ixracında Rusiya bazarından asılılığı aradan qaldırmaq istəyirik"

Assosiasiya sədri: “Şərab ixracında Rusiya bazarından asılılığı aradan qaldırmaq istəyirik" Azərbaycan istehsalı olan şərabların 85%-i Rusiyaya ixrac olunur, bu isə qorxulu rəqəmdir.
Biznes
25 İyun , 2019 15:21
Assosiasiya sədri: “Şərab ixracında Rusiya bazarından asılılığı aradan qaldırmaq istəyirik

"Azərbaycan istehsalı olan şərabların 85%-i Rusiyaya ixrac olunur, bu isə qorxulu rəqəmdir". 

Bunu "Report"a açıqlamasında Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib.

"Ötən il Rusiyaya 5 milyon şüşə şərab satılıb. Qonşu ölkənin bazarından bu qədər asılılıq narahatlıq doğurur. Son 2 ildə bu asılılığın aradan qaldırılması istiqamətində işlər aparılıb. Bir sıra ölkələrdə ticarət və şərab evləri açılıb. Bir sözlə, şərab ixracında coğrafiyamızı genişləndirmək və Rusiya bazarından asılılığı aradan qaldırmaq istəyirik”, - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi