Aran və Lənkəran iqtisadi rayonlarında KOB dostu fəaliyyətə başlayacaq

Aran və Lənkəran iqtisadi rayonlarında KOB dostu fəaliyyətə başlayacaq Azərbaycanda növbəti Kiçik və Orta Biznes (KOB) dostlarının Aran və Lənkəran iqtisadi rayonlarında fəaliyyətə başlaması nəzərdə tutulur.
Biznes
16 Noyabr , 2019 17:34
Aran və Lənkəran iqtisadi rayonlarında KOB dostu fəaliyyətə başlayacaq

Azərbaycanda növbəti Kiçik və Orta Biznes (KOB) dostlarının Aran və Lənkəran iqtisadi rayonlarında fəaliyyətə başlaması nəzərdə tutulur.

Bunu "Report"a müsahibəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, KOBİA-nın başlıca və effektiv dəstək mexanizmlərindən biri də hazırda ölkənin 16 şəhər və rayonunda fəaliyyət göstərən 18 “KOB Dostu”ndan ibarət şəbəkədir: “Ümumiyyətlə, sahibkarın dostu olmaq Agentliyin əsas məqsədidir və bu hədəfin reallaşdırılmasında “KOB Dostu” önəmli mexanizmlərdəndir. KOB dostları həm də Agentliyin yerlərdəki nümayəndələridir”.

O.Məmmədov bildirib ki, dövlət-sahibkar əməkdaşlıq platforması əsasında reallaşdırılan “KOB Dostu” fəaliyyət göstərdiyi yerlərdə mikro, kiçik və orta biznes subyektləri ilə birbaşa ünsiyyətdə olur, onların təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və həyata keçirilməsi, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların maraqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək olur: “KOB dostları zəruri hallarda sahibkarlara səyyar xidmətlər göstərir, onların ehtiyaclarını sorğu və digər vasitələrlə öyrənir. Təkcə 2019-cu ilin ötən dövründə Abşeron, Sumqayıt, Şəki, Qəbələ, Füzuli, Şamaxı, İmişli, Şəmkir, Bakının Xəzər rayonu və Baş Gömrük İdarəsində olmaqla 10 “KOB Dostu” fəaliyyətə başlayıb”.

O.Məmmədovla geniş müsahibəni gələn həftənin bazar ertəsi günü “Report”da oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi