AQTA: "Bəzi ixracatçılar Rusiya bazarı ilə bağlı tələbləri nəzərə almırlar"

AQTA: "Bəzi ixracatçılar Rusiya bazarı ilə bağlı tələbləri nəzərə almırlar" Rusiya bazarına ixrac edilən məhsullar üçün müəyyən tələblər qoyulsa da, bəzi sahibkarlar bunu nəzərə almırlar.
Biznes
24 Yanvar , 2024 12:41
AQTA: Bəzi ixracatçılar Rusiya bazarı ilə bağlı tələbləri nəzərə almırlar

Rusiya bazarına ixrac edilən məhsullar üçün müəyyən tələblər qoyulsa da, bəzi sahibkarlar bunu nəzərə almırlar.

"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdirinin müavini Nahid Əsədov Beynəlxalq Ticarət Mərkəzinin İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPRO MO) ilə birgə keçirdiyi, “Ticarət zamanı qeyri-tarif maneələri və xidmət ticarətinin qaydaları ilə bağlı maraqlı tərəflərlə məsləhətləşmələr” mövzusunda tədbirdə bildirib.

"Əvvəllər Rusiya ilə sərhəddə problemlər var idi, lakin hökumətin gördüyü işlər nəticəsində onlar qısa zamanda aradan qaldırıldı. Qonşu ölkənin tələbləri əsasında ixrac həyata keçirilir. Məhsullar qarşı tərəfdə saxlanılsa, bu, ixracatçıların fəaliyyətinə mənfi təsir göstərir. İxracda sərt tələblər olmadığı halda məhsulda yoxlamalar minimuma endirilir. Məsələn, Körfəz ölkələrində yerləşən ticarət evlərinə çatdırılma zamanı bəzi məhsullar üzrə yoxlamalar minimuma endirilib", - deyə o qeyd edib.

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2023-cü ildə 4 milyard 358 milyon 740 min ABŞ dolları olub. Bu, 2022-ci illə müqayisədə 17,4% çoxdur. Ötən il Rusiyaya ixrac 1 milyard 196 milyon 411 min ABŞ dolları, idxal isə 3 milyard 162 milyon 328 min ABŞ dolları olub.

Xatırladaq ki, bugünkü tədbirdə Aİ-nın təşəbbüsü olan “EU4Business" və BMT-nin icra etdiyi "Şərq Tərəfdaşlığının Ticarətə Yardım Masası" layihəsi çərçivəsində Azərbaycanda ticarət zamanı qeyri-tarif maneələrinin müəyyən edilməsi məqsədilə biznes dairələri arasında keçirilmiş sorğunun nəticələri iştirakçılara təqdim olunub, müəyyən olunan maneələrin aradan qaldırılması üçün "dəyirmi masa" formatında interaktiv müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi