İtaliya şirkətləri Qarabağda reallaşdırılan layihələrdə iştiraka maraq göstərir 

İtaliya şirkətləri Qarabağda reallaşdırılan layihələrdə iştiraka maraq göstərir  Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iri layihələrin reallaşdırılması gözlənir və bu layihələrdə İtaliya şirkətləri böyük maraqla iştirak edəcəklər.
Biznes
14 May , 2024 13:49
İtaliya şirkətləri Qarabağda reallaşdırılan layihələrdə iştiraka maraq göstərir 

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iri layihələrin reallaşdırılması gözlənir və bu layihələrdə İtaliya şirkətləri böyük maraqla iştirak edəcəklər.

Bunu "Report"a İtaliyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Rikardo Kursi deyib.

Onun sözlərinə görə, Qarabağda muzeylərin və tarixi abidələrin bərpası ilə məşğul olan İtaliyanın böyük bir şirkəti var.

R.Kursi vurğulayıb ki, Bakıda keçirilən "Azərbaycan və İtaliya daha yaxşı qida istehsalı naminə" mövzusunda tədbir çərçivəsində müqavilələrin imzalanması gözlənilir: "Bu tədbirdə uğurlu biznes görüşlərin keçirilməsinə ümid edirəm".

Hazırda Azərbaycanda İtaliyanın 140 şirkəti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərirlər.

Son xəbərlər

Orphus sistemi