Anar Əliyev: “Azərbaycanda son 5 ildə orta maaşda 80 %-dən çox artım olub”
Biznes
- 24 iyun, 2024
- 08:10
2019-cu ildən bugünədək Azərbaycanda əmək müqavilələrinin sayında ciddi artım əldə edilib və 580 mindən çox əlavə əmək müqavilələrinin imzalanması təmin edilib.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirliyinin müavini Anar Əliyev bu gün keçirilən “Yerli şirkətlərin tanıtım sərgisi”ndə bildirib.
Onun sözlərinə görə, ölkədə əməkhaqqı fondu 2,7 dəfə artıb: “Orta aylıq əməkhaqqında 80 %-dən çox artım müşahidə edilib. Nazirlik hər il 100 minə yaxın şəxsin işə düzəlməsinə dəstək göstərir”.
Qeyd edək ki, 3 gün davam edəcək və bu il 5-ci dəfə keçiriləcək sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirəcək.
Son xəbərlər
06:48
NYT: ABŞ-də Vaşinqton merinə qarşı istintaq başladılıb
Digər ölkələr06:26
Sorğu: Almanların 75%-dən çoxu hökumətin fəaliyyətindən narazıdır
Digər ölkələr06:00
Tokayev: TRIPP marşrutu Orta Dəhlizin gələcək inkişafına töhfə verə bilər
Region05:32
Bolqarıstanda polisdən qaçan 6 miqrant yol qəzasında ölüb
Digər ölkələr05:10
ABŞ Prezidenti: Tramp marşrutu Mərkəzi Asiya xalqlarına kömək edəcək bir yoldur
Region05:02
Qazaxıstan "İbrahim sazişi"nə qoşulub
Region04:40
ABŞ Senatı Venesuelaya qarşı güc tətbiq etməyin tərəfdarıdır
Digər ölkələr04:24
Bundesver PUA-lara qarşı mübarizə üçün Belçikaya hərbçilər göndərib
Digər ölkələr03:50