Almaniya şirkəti Azərbaycanda fermalar tikməyi planlaşdırır
- 03 iyul, 2023
- 13:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) üzvü olan bir Almaniya şirkəti və onun yerli tərəfdaşları işğaldan azad edilmiş ərazilər də daxil olmaqla Azərbaycanda 5 süd fermasının yaradılması ilə bağlı müzakirələr aparır.
Bunu “Report”a açıqlamasında Palatanın icraçı direktoru Tobias Bauman deyib.
Bununla belə, o, söhbəti konkret olaraq hansı şirkətdən getdiyini deməyib və qeyd edib ki, layihə tövlə, sağım maşınları və bioqaz qurğularının quraşdırılmasını nəzərdə tutur. “Bu, ikitərəfli iqtisadi əlaqələrimiz və alman texnikasının Azərbaycana ixracı baxışından böyük uğurdur”.
"Bakıda ötən ay keçirilmiş 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində Almaniyanın 15 şirkəti iştirak edib. zərbaycana kənd təsərrüfatı sektorunun bütün növləri ilə məşğul olan şirkətlər gəlib. Stenddə şirkətlərlə səmərəli danışıqlarımız olub”, - deyə Palata rəsmisi vurğulayıb.
Xatırladaq ki, 2022-ci ilə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 254 milyon 900 min ABŞ dolları olub. Bu, 2021-ci illə müqayisədə 2,3 % azdır. Bu ilin yanvar-may aylarında isə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 778 milyon 926 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,6 % çoxdur.